Futbolçumuzun çıxış etdiyi “Aleksandriya” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb
Ukraynanın “Aleksandriya” futbol klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib.

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi komandada son 2 gündə koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 27 nəfərdə infeksiya aşkarlandığı diqqətə çatdırılıb. Onlardan 15-i evlərində karantinə alınıb, 11-i ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır.

Koronavirusa yoluxan bütün futbolçuların temperaturunun normal olduğu, onlarda simptomların müşahidə olunmadığı bildirilir.

Qeyd edək ki, “Aleksandriya” oktyabrın 18-də Ukrayna Premyer Liqasının 6-cı turu çərçivəsində “İnqulets” klubu ilə qarşılaşmalıdır.

Xəbər 479 dəfə oxundu.