“Vilyarreal”ın müdafiəçisi “Qarabağ”la oyunu buraxacaq
İspaniyanın “Vilyarreal” klubunun zədəli futbolçusu Pervis Estupinya üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Millinin düşərgəsində zədələnən ekvadorlu müdafiəçi Avropa Liqasının “I” qrupunun ikinci turunda Ağdamın “Qarabağ” klubuna qarşı matçı buraxacaq.

Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək “Qarabağ”-“Vilyarreal” görüşü saat 21:55-də start götürəcək.

Xəbər 405 dəfə oxundu.