“Neftçi” klubu albaniyalı futbolçu ilə müqavilə imzalayıb
Bakının “Neftçi” futbol klubu növbəti transferini rəsmiləşdirib.

Albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. İyirmi doqquz yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.

B.Teluşi İtaliyanın "Virtus Entella”, Albaniyanın "Flamurtari”, "Partizani”, "Kukesi” və Xorvatiyanın "Slaven Belupo” klublarında çıxış edib. Futbolçu Albaniya kubokunun, çempionatının və Superkubokunun qalibi olub. Teluşi Albaniyanın U-17 və U-21 milli komandalarının da şərəfini qoruyub.

Xəbər 433 dəfə oxundu.