Xüsusi olimpiyaçılar arasında pauerliftinq üzrə respublika turniri keçirilib
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə pauerliftinq üzrə respublika turniri keçirilib.

Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında keçirilən yarışda 13 təşkilatdan 60-a yaxın idmançı iştirak edib.

Turnirdə xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandaların tərkibində həm UNIFIED (inklüziv birləşmiş), həm də əqli imkanları məhdud idmançılar mübarizə aparıblar.

Sonda yüksək nəticə göstərən komandalar mükafatlandırılıblar.

Xəbər 410 dəfə oxundu.