Qadınlardan ibarət millinin toplanışı olacaq
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qadın futbolçulardan ibarət Azərbaycan millisi Polşa və Çexiya yığmaları ilə qarşılaşacaq.

"Azsport.az" saytı AFFA-ya istinadən xəbər verir ki, oyunlara hazırlıq məqsədilə millimiz Bakıda təlim-məşq toplanışı keçirir. Təlim-məşq toplanışı oktyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, millimiz oktyabrın 23-də Polşa, dörd gün sonra isə Çexiya yığmaları ilə qarşılaşacaq.

Xəbər 378 dəfə oxundu.