Gənclər və İdman Nazirliyinin kollektivi valideynlərini itirmiş bacı-qardaşı himayəyə götürüb
Gənclər və İdman Nazirliyinin kollektivi oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində valideynləri Anar Əliyevi və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevili və qardaşı 8 yaşlı Hüseyni himayəyə götürüb.

Nazirliyin mətbuat xidmətindən "Azsport.az" saytına bildiriblər ki, kollektiv Sevil və Hüseyn yetkinlik yaşlarına (18 yaş) çatana qədər onların 500 manatlıq (cəmi) aylıq təminat xərclərini üzərinə götürüb.

Xəbər 523 dəfə oxundu.