Maqnus Karlsen super turnirdə liderliyi ələ alıb
Dünya çempionu norveçli Maqnus Karlsen Stavangerdə keçirilən şahmat üzrə super turnirdə liderliyi ələ alıb.

Səkkizinci turda həmyerlisi Aryan Tarı ağ fiqurlarla məğlub edən M.Karlsen səkkizinci turdan sonra 16,5 xalla turnir cədvəlinə liderlik edir.

Turnirin digər oyunçuları amerikalı Fabiano Karuana iranlı Alireza Firuzcaya (FIDE-nin bayrağı altında oynayır), polşalı Yan Kşiştov Duda erməni Levon Aronyana qalib gəliblər.

Doqquzuncu turun oyunları oktyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, oktyabrın 16-dək davam edəcək turnir altı şahmatçının iştirakı keçirilir.

Stavangerdəki şahmat turniri 2013-cü ildən keçirilir. Keçən il M.Karlsen analoji turnirin qalibi olub.

Xəbər 437 dəfə oxundu.