Azərbaycan-Kipr oyununda qalib müəyyənləşməyib
Futbol üzrə UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümü çərçivəsində keçirilən Azərbaycan-Kipr oyunu başa çatıb.

Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan millisi yeganə qələbəsini ikinci turda səfərdə Kipr üzərində əldə edib - 1:0.

Xəbər 606 dəfə oxundu.