Avroliqada I təsnifat mərhələsinin cavab oyunlarına start verilib
Avroliqada I təsnifat mərhələsinin cavab oyunlarına start verilib. İdman.com.az saytının məlumatına görə, Azərbaycanın təmsilçisi “Xəzər Lənkəran”la yanaşı, daha 3 klub növbəti mərhələyə çıxıb. Bunlardan “Elfsborq” zəif rəqibini səfərdə də darmadağın edib. “Tirana”ya isə səfərdə mərhələ keçmək evdə qazandığı qələbə sayəsində mümkün olub. Ən gərgin mübarizə Şimali İrlandiyada keçib. Belə ki, “Qarabağ”ın 2 il öncə Avroliqada mübarizədən kənarlaşdırdığı “Portadaun”un “Şkendiya”ya qalib gəlməyi onu növbəti mərhələyə çıxarıb.


Avroliqa, I təsnifat mərhələsi
Cavab oyunları
10 iyul
“Nomme Kalyu” (Estoniya) – “Xəzər Lənkəran” (Azərbaycan) – 0:2
İlk oyun – 2:2

“Floriana” (Malta) – “Elfsborq” (İsveç) – 0:4
İlk oyun – 0:8

“Qrevenmaher” (Lüksemburq) – “Tirana” (Albaniya) – 0:0
İlk oyun – 0:2

“Portadaun” (Şimali İrlandiya) – “Şkendiya” (Makedoniya) – 2:1
İlk oyun – 0:0



Xəbər 912 dəfə oxundu.