Yeni mövsümün birinci “El-Klassiko”sunun vaxtı müəyyənləşib
Futbol üzrə İspaniya çempionatının VII turunda keçiriləcək “Barselona”–“Real Madrid” matçının vaxtı müəyyənləşib.

“El-Klassiko” oktyabrın 24-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, 5 turdan sonra “Real” 10 xalla 1-ci, “Barselona” 7 xalla 6-cı yerdə qərarlaşıb. Madrid təmsilçisi 4, kataloniyalılar isə 3 matç keçirib.

Xəbər 372 dəfə oxundu.