Fernando Alonso “Renault” ilə özəl sınaqlar keçirəcək
Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso oktyabrın 13-də Barselona trasında “Renault” ilə özəl sınaqlar keçirəcək.

Bu barədə “Autosport” portalında məlumat verilib. “Renault”un testlərdə hansı maşınlardan - 2018-ci ilin, yaxud bu ilin maşınlarından istifadə edəcəyi dəqiq bilinmir. F.Alonso yürüş zamanı 100 kilometr məsafəni qət edəcək.

Xəbər 430 dəfə oxundu.