İngiltərə Premyer Liqasında beş nəfər koronavirusa yoluxub
İngiltərə Premyer Liqasında mübarizə aparan klubların üzvlərindən və futbolçulardan götürülən sonuncu koronavirus testlərinin nəticələri açıqlanıb.

Oktyabrın 5-11-i aralığında 1128 nəfərdən koronavirus testi götürüldüyü, 5 nəfərdə yoluxma qeydə alındığı diqqətə bildirilib.

Həmin şəxslərin hansı klubdan olması və kimliyi açıqlanmayıb. Qaydalara əsasən, onların hamısı karantinə alınıb.

Xəbər 432 dəfə oxundu.