Bu gün Azərbaycan millisi Qoridə Gürcüstan yığmasının qonağı olacaq | |
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan millisi ilə qarşılaşacaq. Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Hazırda Gürcüstan 9 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci pillədə qərarlaşıblar. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada rəqib qalib gəlib - 3:0. Bugünkü görüşdə baş məşqçi Milan Obradoviç Azərbaycan millisinə texniki zonadan təlimatlar verə bilməyəcək. Səbəb serbiyalı mütəxəssisin Slovakiya yığmasına 1:2 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə almasıdır. |
|
Xəbər 437 dəfə oxundu. |
|
|