Yeniyetmə sərbəst güləşçilərimiz Qubada hazırlaşır
İyulun 17-22-də Polşada keçiriləcək Avropa, avqustun 21-27-də isə Bakıda təşkil olunacaq dünya birinciliyinə hazırlaşan yeniyetmələrdən ibarət sərbəst güləş yığmamızın Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir. Güləş Federasiyasından idman.com.az saytına verilən məlumata görə, millinin böyük məşqçisi Əsgərxan Novruzov və məşqçilər Vahid Məmmədovla Sirajdin Eldarovun rəhbərliyi ilə hazıırlıq keçən komandaya ümumilikdə 18 idmançı cəlb olunub.

Bundan başqa, qeyd olunan təlim-məşq toplanışında təqvim planına əsasən, ölkə yığması ilə birgə, Dağıstanın Xasavyurt şəhərindən 7 idmançı və 1 məşqçi də iştirak edir. Avropa birinciliyində iştirak edəcək yığmalarımızın yekun heyəti qarşıdakı günlərdə açıqlanacaq.

Xəbər 1097 dəfə oxundu.