Dünya çempionu Ermənistanın Gəncədə törətdiyi terror aktını kəskin pisləyib
Atletika üzrə Avropa və dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktını kəskin pisləyib.

Türkiyə yığmasında çıxış edən azərbaycanlı idmançı bu barədə “Instagram” hesabında paylaşım edib.

Otuz yaşlı idmançı üzərində “Pray for Ganja city” (“Gəncə şəhəri üçün dua edin”) sözləri yazılmış foto paylaşıb.

Qeyd edək ki, R.Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.

Xəbər 433 dəfə oxundu.