“Qarabağ”ın sabiq qapıçısı İngiltərə Premyer Liqasında oynaya bilər
2019/2020-ci il mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edən Asmir Beqoviç İngiltərə Premyer Liqasında oynaya bilər.

“Liverpul” klubu hazırda qapıçı axtarışındadır. “Bornmut” klubunda çıxış edən Asmir Beqoviç də İngiltərə təmsilçisinin qolkiper siyahısındadır.

Bosniya və herseqovinalı oyunçu 2017-ci ildə “Çelsi”dən “Bornmut” klubuna transfer olub. Klub mövsümün sonunda müqaviləsi başa çatan Beqoviçi qış transfer pəncərəsi dövründə sata bilməsə oyunçunun transferindən gəlir əldə edə bilməyəcək.
Qeyd edək ki, “Liverpul”un əsas qapıçısı Alisson Beker zədələnib. Premyer Liqanın son turunda “Aston Villa”ya 2:7 hesabı ilə məğlubiyyətdən sonra ehtiyat qapıçı Adriana inam azalıb.


Xəbər 483 dəfə oxundu.