Azərbaycanın iki cüdoçusu beynəlxalq reytinq cədvəlinə başçılıq edir
Avropa Cüdo İttifaqı idmançıların yeni reytinq cədvəlini açıqlayıb.

Cüdo üzrə Azərbaycan milli komandasının iki üzvü öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb. Belə ki, Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (+78 kq) rəqiblərini qabaqlayaraq birinci yerə sahib olublar. 2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medal qazanmağa müvəffəq olub.

Daha üç cüdoçumuz Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 6-cı, Uşangi Kokauri (+100 kq) isə 10-cu pillədə qərarlaşıblar.

Xəbər 450 dəfə oxundu.