“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Estoniyaya yollanıb
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Estoniyaya yollanıb. İdman.com.az saytının məlumatına görə, Mənsimov sahibi olduğu klubun Avroliqanın I təsnifat mərhələsində “Nomme Kalyu” ilə bu gün səfərdəki cavab oyununu ilə izləməyə gəlib. Tallində məskunlaşan komanda ilə görüşən fəxri prezident uğurlar arzulayıb. Mənsimov “Xəzər Lənkəran”a həlledici matçda dəstək olacaq.

Qeyd edək ki, komandaların Lənkərandakı oyunu 2:2 hesabı ilə nəticələnib.


Xəbər 994 dəfə oxundu.