İbrahim Şehiçdən paylaşım: “Pray for Ganja city”
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu İbrahim Şehiç də biganə qalmayıb.

Hazırda Türkiyənin “Konyaspor” komandasında çıxış edən bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün “Facebook” səhifəsində paylaşım edib. Otuz iki yaşlı futbolçu üzərində “Pray for Ganja city” ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.

Qeyd edək ki, İbrahim Şehiç 2015-2018-ci illərdə “Qarabağ”ın formasını geyinib.

AZƏRTAC

Xəbər 533 dəfə oxundu.