Mixael Şumaxerin ailəsi Luis Hamiltonu rekorduna görə təbrik edib
Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin ailəsi “Mercedes”in sürücüsü Luis Hamiltonu Qran-Prilərdə qələbə sayına görə rekordu təkrarladığı üçün təbrik edib.

M.Şumaxerin “Twitter” səhifəsində paylaşılan təbrik mesajında deyilir: “Təbrik edirik. Etiraf etməliyik ki, bu rekordun məhz Mixael Şumaxerə məxsus olması çox xoşumuza gəlirdi. Amma o, həmişə deyirdi ki, rekordlar ona görə mövcuddur ki, onu yeniləsinlər”.

L.Hamilton Formula 1 üzrə dünya çempionatının cari mövsümünün 11-ci mərhələsi - Ayfel Qran-Prisinin qalibi olub. Otuz beş yaşlı britaniyalı 91-ci qələbəsini qazanmaqla, həm də, M.Şumaxerin rekordunu təkrarlayıb.

“Mercedes”in sürücüsü Formula 1-in cari mövsümündə pilotların siyahısına liderlik edir. Növbəti yarış oktyabrın 23-dən 25-dək Portuqaliyada keçiriləcək.

Xəbər 538 dəfə oxundu.