Azərbaycan-Kipr oyununun hakimləri müəyyənləşib
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Kipr oyununun hakimləri müəyyənləşib.

Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Fran Yoviç olacaq. Ona İviça Modriç və Hrvoje Radiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mario Zebec yerinə yetirəcək.

Azərbaycan-Kipr oyunu oktyabrın 13-də Albaniyadakı Elbasan Arenada keçiriləcək.

Qeyd edək ki, hesabında 9 xal olan Monteneqro yığması qrupa liderlik edir. Lüksemburq 6 xalla ikinci, Azərbaycan isə 3 xalla üçüncü pillədə yer alıb. Hesabında xal olmayan Kipr isə qrupda sonuncudur.

Xəbər 403 dəfə oxundu.