“Los-Anceles Leykers” 17-ci dəfə MBA çempionu olub
Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında “Los-Anceles Leykers” komandası pley-off mərhələsinin 6-cı oyununda “Mayami”ni 106:93 hesabla məğlub edib. Final yarışını 4:2 hesablı qələbə ilə başa vuran “Lakers” mövsümün qalibi olub.

Bu, “Leykers”in 17-ci MBA çempionluğudur. Qələbənin sayına görə, klub rekordçu - “Boston”a çatıb. Eyni zamanda, "Leykers" son 10 ildə ilk dəfə finalda oynayıb.

“Mayami” isə tarixdə altıncı dəfə və 2014-cü ildən bəri ilk dəfə finalda mübarizə aparıb. Komanda 3 dəfə (2006, 2012, 2013) çempion olub.

“Leykers”in hücumçusu Ceyms Lebron karyerası ərzində dördüncü dəfə final seriyasının ən qiymətli oyunçusu seçilib. Bununla da, C.Lebron MBA-nın pley-off çərçivəsində 260-cı oyununu keçirib. Bu göstəriciyə görə, o, tarixdə Derek Fişeri qabaqlayaraq birinci yerə çıxıb.

Xəbər 506 dəfə oxundu.