Gürcüstan-Azərbaycan oyununu Belarusdan olan hakimlər briqadası idarə edəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan-Azərbaycan oyununun hakimləri açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dmitri Dmitriyev olacaq. Ona Denis Emelyançikov və Anton İhnatsiuk kömək edəcəklər. Dördüncü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.

Matç oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək.

Xəbər 611 dəfə oxundu.