AFFA-nın əməkdaşı “Slovan Liberets”–“Gent” oyununun UEFA nümayəndəsi olacaq
AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Slovan Liberets” (Çexiya) – “Gent” (Belçika) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Qeyd edək ki, matç oktyabrın 22-də Çexiyanın Liberets şəhərindəki “U Nisi” stadionunda keçiriləcək.

Xəbər 377 dəfə oxundu.