Azərbaycan Universal Döyüş Federasiyası ordumuza dəstək göstərib
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov və vitse-prezident Samir Əhmədov qurumun idarə heyəti adından cəbhə bölgəsində ordumuza dəstək məqsədilə bir sıra ərzaq, dərman ləvazimatları, geyim və s. kömək göstərərək hər zaman Azərbaycan əsgərinin yanında olacaqlarını bildiriblər. Eyni zamanda şəhid ailələrinin də qonağı olmuş Federasiya rəsmiləri onlara kömək etməyə söz veriblər.

“Qarabağ Azərbaycandır!” şüarı altında hərəkata qoşulmaqla Azərbaycan Universal Döyüş Federasiyasının 20-dən çox idmançısı cəbhə xəttində döyüşür. Federasiyanın digər üzvləri də Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olduğunu bildirirlər.

Xəbər 439 dəfə oxundu.