UEFA Millətlər Liqası: Monteneqro və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
Oktyabrın 10-da futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə üçüncü oyununu keçirəcək.

Bakı vaxtı ilə saat 17:00-da millimiz Podqoritsa şəhər stadionunda Monteneqro yığmasının qonağı olacaq.

Komandaların matç üçün start heyətləri açıqlanıb.

Azərbaycan millisinin heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Əli Qurbani, Rəhim Sadıxov və Namik Ələsgərov çıxacaqlar.

Monteneqro komandasının ilk onbirliyində isə Milan Miyatoviç, Momçilo Raspopoviç, İqor Vuyaçiç, Marko Simiç. Risto Radunoviç, Marko Bakiç, Nikola Vukçeviç, Aleksandar Bolyeviç, Stevan Yovetiç, Sead Hakşabanoviç və Dino İslamoviç yer alıblar.

Oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rikardo de Burgos Bengoeçea olacaq. Ona Roberto del Palomar və Pau Cebrian Devis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xavier Estrada Fernandez yerinə yetirəcək.

İlk turda millimiz Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzub. Daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib.

Xəbər 340 dəfə oxundu.