Beynəlxalq Voleybol Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Voleybol Federasiyası (FİVB) yeni reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Qran-pri və Avropa Liqasının yekununa əsasən açıqlanan siyahıda Azərbaycan milli komandaları mövqelərini qoruyublar.

Belə ki, bu turnirlərin heç birində mübarizə aparmayan Faiq Qarayevin rəhbərlik etdiyi qadınlardan ibarət yığmamız yenə 36-cı pillədədir. Komandamızın aktivində 14,25 xalı var. Siyahıya son cədvəldə olduğu kimi ABŞ (245,00) başçılıq edir. Braziliya (217,50) ikinci, Çin (187,00) üçüncüdür.

Kişilərdən ibarət millimiz isə 4,75 reytinq xalla Sent Kitts, Dominika adaları, Sent Vinset və Qrenadin, Anguilla adaları, Qrenada, Macarıstan, Beliz və Böyük Britaniya ilə 92-100-cü yerləri bölüşürlər.

Kişi voleybolçular arasında dünyanın ən güclü millisi Braziliyadır (232,50). İkinci yerdə Rusiya (196,50), üçüncü pillədə isə Polşa (192,00) qərarlaşıb.

Xəbər 1344 dəfə oxundu.