Ukrayna klubunda 18 nəfər koronavirusa yoluxub
Ukraynanın “Şaxtyor” futbol klubunda 18 nəfər koronavirusa yoluxub.

Bu barədə klubun idman direktoru Sergey Palkin məlumat verib.

Bildirib ki, koronavirus testi pozitiv nəticələnən 18 nəfərin yarısı futbolçu, yarısı isə klub işçisidir. Həmin şəxslərin adları açıqlanmayıb.

Koronavirusa yoluxmuş şəxslər karantinə alınıb.

Xəbər 454 dəfə oxundu.