Faruk Hacibegiç: Azərbaycan millisi hörmətə layiq komandadır
Qrupda keçirdiyimiz ilk iki oyunda qələbə qazandıq. Bunun da əsas səbəbi rəqiblərə hörmət etmək və oyunlara ciddi yanaşmaqdır.

Bunu UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan millisini qəbul edəcək Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç oktyabrın 9-da təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, sabah keçiriləcək oyunda məğlub olsaq, qrupda üç komandanın eyni sayda – 6 xalı olacaq. Bizim üçün ən yaxşı nəticə qarşıdakı iki oyundan 4 xal toplamaqdır. Komandamın indiyədək nümayiş etdirdiyi futboldan və əldə etdiyi nəticələrdən razıyam. Ancaq bu bizi arxayınlaşdırmamalıdır. Oyunçularımdan maksimum konsentrasiya tələb edirəm. Azərbaycan millisi hörmətə layiq komandadır. Biz rəqibə qalib gəlmək üçün hər şey edəcəyik”.

Qeyd edək ki, Monteneqro-Azərbaycan oyunu oktyabrın 10-da Podqoritsa şəhərindəki “Qradski” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

AZƏRTAC

Xəbər 330 dəfə oxundu.