“Rolan Garros”da qadınların yarışında finalçılar məlum olub
Tennis üzrə Fransa açıq çempionatında (“Rolan Garros”) mübarizə sona çatmaq üzrədir.

Qadınların yarışında finalçılar məlum olub.

İlk yarımfinal oyununda polşalı İqa Şvöntek argentinalı Nadya Podoroska ilə qarşılaşıb. Görüş 1saat 12 dəqiqə davam edib və matçın favoriti sayılan İ.Şvöntek qələbə qazanaraq finala yüksəlib.

Digər yarımfinal oyununda ABŞ təmsilçisi Sofiya Kenin çexiyalı Petra Kvitova ilə üz-üzə gəlib. S.Kenin hər iki setdə rəqibindən üstün olaraq həlledici mərhələyə yüksəlib.

Oktyabrın 10-da keçiriləcək final oyununda İ.Şvöntek və S.Kenin üz-üzə gələcəklər.

Xəbər 423 dəfə oxundu.