Ümumdünya Qış Universiadası gələn ilin dekabrında keçirilə bilər
Beynəlxalq Universitet İdman Federasiyası (FISU) Ümumdünya Qış Universiadasının 2021-ci ilin dekabrında keçirilməsi variantını müzakirə edir.

Bu barədə FISU-nun rəhbəri, Rusiyanın idman naziri Oleq Matıtsin məlumat verib.

Ümumdünya Qış Universiadası İsveçrənin Lyutsern şəhərində 2021-ci il yanvarın 21-31-də keçirilməli idi. Lakin koronavirus səbəbindən təxirə salınıb.

Xəbər 435 dəfə oxundu.