Sebastyan Fettel Ayfel Qran-Prisində Mixael Şumaxerin şərəfinə xüsusi dəbilqə ilə çıxış edəcək
“Jens Munser Designs” şirkəti “Ferrari”nin pilotu Sebastyan Fettelin Formula 1 Ayfel Qran-Prisində iştirakı üçün xüsusi dəbilqə dizaynını təqdim edib.

S.Fettel həmyerlisi və dostu Mixael Şumaxerin şərəfinə Almaniya Qran-Prisində xüsusi dəbilqə ilə iştirak edəcək.

Cari mövsümün 10 mərhələsindən sonra S.Fettel 17 xal toplayıb və pilotların sıralamasında 13-cü yerdədir. Onun komanda yoldaşı Şarl Lekler (57 xal) yeddincidir.

Xəbər 434 dəfə oxundu.