Sloveniyanın “Mura” klubu ciddi itki ilə üzləşib
Avropa Liqasının I təsnifat mərhələsində “Bakı” klubunun rəqibi olan Sloveniyanın “Mura” klubu ciddi itki ilə üzləşib. İdman.com.az saytının məlumatına görə, Murska-Sobota təmsilçisi əsas qapıçısı Ales Luk ilə vidalaşmalı olub. Belə ki, 31 yaşlı qapıçı Kiprə transfer olunub. Luk bu ölkənin ENP klubunda çıxış edəcək. O, iyulun 12-də Lendavada keçiriləcək qarşılaşmada oynamayacaq.

Qeyd edək ki, Luk iyulun 5-də baş tutan ilk görüşdə “Bakı”nın qarşısında maneəyə çevrilərək qol buraxmamaqla 0:0 hesablı nəticədə əsas pay sahiblərindən olub.



Xəbər 1123 dəfə oxundu.