“Qarabağ Azərbaycandır!” adlı seans oyununda Azərbaycan və Türkiyə şahmatçıları iştirak edəcəklər
Oktyabrın 9-da şahmat üzrə kişilərdən ibarət milli yığma komandamızın üzvü, beynəlxalq qrossmeyster Rauf Məmmədov “Qarabağ Azərbaycandır!” adlı seans oyunu keçirəcək.

Seans zamanı R.Məmmədov, eyni vaxtda 24 şahmatçıya qarşı oynayacaq. Bu şahmatçılardan 12-si Azərbaycan, 12-si Türkiyə şahmatçısı olacaq. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matç “lichess.org” platforması vasitəsilə keçiriləcək. Seans zamanı hər bir şahmatçıya 30 dəqiqə oyuna nəzarət vaxtı nəzərdə tutulub.

Qeyd edək ki, bu təşəbbüs Rauf Məmmədovun özü tərəfindən irəli sürülüb. Tədbir “Təhsil” Respublika İdman Mərkəzi və Türkiyənin “Apaydın” şahmat klubunun dəstəyi ilə keçiriləcək.

Xəbər 425 dəfə oxundu.