“Neftçi”nin istədiyi futbolçunun yeni klubu müəyyənləşib
Bir müddət əvvəl “Neftçi”nin maraq dairəsində olan Bolqarıstan millisinin futbolçusu Martin Raynovun yeni klubu müəyyənləşib.

28 yaşlı yarımmüdafiəçi ölkəsinin “Levski” komandası ilə anlaşıb.

Təcrübəli oyunçunun Sofiya təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Bolqarıstan mətbuatı daha əvvəl Martin Raynovun “Neftçi” və İsrailin “Hapoel” (Ramat-Qan) klubundan təklif aldığını yazmışdı. İddiaya görə, tərəflər sözləşmə şərtlərində razılığa gələ bilməmişdilər.

Xəbər 437 dəfə oxundu.