Gələn il keçiriləcək Tokio marafonu oktyabra təxirə salınıb
Gələn il keçiriləcək Tokio marafonu oktyabrın 17-də baş tutacaq.

Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Yaponiyanın paytaxtında keçiriləcək marafonun əvvəlcə martın 7-də keçirilməsi nəzərdə tutulmuşdu.

Marafonla bağlı yarışlar 2021-ci il martın əvvəllərində bir həftə ərzində baş tutacaq. Bunlara dünyanın hər yerindən iştirakçıların qatılacağı virtual marafon və Tokioda keçiriləcək atletika yarışları daxil olacaq. Bu ilin dekabrında bununla bağlı bütün təfərrüatlar barədə məlumat veriləcək.

Bu il Tokio marafonu martın 1-də koronavirusun yayılması səbəbindən həvəskar qaçışçıların iştirakı olmadan keçirilib. Turnirdə yalnız 200 peşəkar idmançı iştirak edib.

Xəbər 426 dəfə oxundu.