“Şkupi”də oynayan Elvin Yunuszadə Bakıya qayıdır
Şimali Makedoniyanın “Şkupi” klubunda forma geyinən Azərbaycan millisinin keçmiş üzvü Elvin Yunuszadə vətənə qayıtmağa hazırlaşır.

Buna 32 yaşlı futbolçunun sağ ayağının topuq nahiyəsindən zədə alması səbəb olub. Məşqdə zədələnən mərkəz müdafiəçisi yaxın günlərdə ölkəmizə qayıdacaq və müalicəsini burada davam etdirəcək. Onun hansı müddətə yaşıl meydanlara qayıtması sağalma prosesindən asılı olacaq.

Qeyd edək ki, E.Yunuszadə yay transfer pəncərəsində “Şkupi” ilə müqavilə imzalayıb və klubun heyətində 2 oyun keçirib. “Renova” və “Struqa” ilə matçlarda 90 dəqiqə meydanda olan futbolçu ikinci görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Xəbər 544 dəfə oxundu.