BOK prezidenti Yaponiyaya səfər etmək niyyətindədir
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bu yaxınlarda Yaponiyaya səfər etmək niyyətindədir.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Hazırda səfərin noyabrın ortalarında baş tutması planlaşdırılır. Məlumata görə, T.Bax səfər çərçivəsində Yaponiyanın yeni Baş naziri Yoşihide Suqa ilə görüşmək niyyətindədir.

Bundan əvvəl MOK-un prezidenti jurnalistlərə açıqlamasında Yay Olimpiya Oyunlarının 2021-ci ildə Tokioda baş tutacağına inandığını bildirib. Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi, ancaq pandemiya səbəbindən yarış gələn ilin iyulun 23-dən avqustun 8-dək təxirə salınıb.

Xəbər 434 dəfə oxundu.