“Neftçi”nin rəqibi “Zestafoni” heyətini gücləndirməkdə davam edir
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi “Zestafoni” heyətini gücləndirməkdə davam edir. İdman.com.az saytının məlumatına görə, Gürcüstan çempionu Georgi Kaçkaçişvilini rənglərinə bağlayıb.

Tiflis “Dinamo”sundan transfer olunan 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 33 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi” “Zestafoni” ilə iyulun 17-də qarşılaşacaq.


Xəbər 1059 dəfə oxundu.