Mahir Emreli İspaniyada müalicə olunacaq
Azərbaycan milli komandasının heyətində zədələnən “Qarabağ”ın futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

İyirmi üç yaşlı futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Hücumçu müayinə və müalicə olunmaq üçün oktyabrın 10-da İspaniyaya gedəcək.

Ağdam klubunun futbolçusu zədəsini daha tez bərpa etmək üçün İspaniyaya yollanmağı üstün tutub. Emrelinin hansı müddətdə yaşıl meydanlara qayıdacağı bəlli olmasa da, onun Azərbaycan Premyer Liqasının altıncı turunda “Qəbələ” ilə görüşü, Avropa Liqasının qrup mərhələsinin birinci turunda “Makkabi”yə qarşı keçiriləcək matçı buraxacağı gözlənilir.

Xəbər 443 dəfə oxundu.