Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş həndbol yarışı keçirilib
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə oğlanlar arasında həndbol turniri keçirilib.

Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında keçirilən turnir 18 oktyabr - Azərbaycanın Müstəqillik Gününə həsr olunub. Yarışda 12 təşkilatdan 22 komanda mübarizə aparıb.

Turnirdə xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandaların tərkibində həm UNIFIED (inklüziv birləşmiş), həm də əqli imkanları məhdud idmançılar mübarizə aparıblar.

Sonda yüksək nəticə göstərən komandalar mükafatlandırılıblar.

Xəbər 431 dəfə oxundu.