Azərbaycan idman ictimaiyyətinin BƏYANATI | |
“Cari ilin iyul ayının 12-dən etibarən ölkəmizin Tovuz rayonu ərazisində dövlət sərhədinə fitnəkar düşmən olan separatçı və işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən başlayan hücumlar fasilərlə davam edərək sentyabr ayının 27-dən etibarən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal altında olmayan yaşayış məntəqələrinin və dinc sakinlərin hədəfə alınması, ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulması ilə nəticələndi. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatlarına idmançılarımız da könüllü olaraq qatılmış və torpaqlarımızın bütovlüyü uğurunda gedən Böyük Vətən müharibəsində yüksək əzmlə savaşırlar. Artıq idmançılarımız arasında əzəli və ayrılmaz torpağımız olan Qarabağın azad edilməsi üçün canlarından keçərək şəhid olanlar vardır. Son günlərdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın müddət ərzində ölkə ərazisinin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu əhatə edən 20 faizə yaxın bir hissəsinin işğal olunduğu, 25 min nəfərdən çox Azərbaycan vətəndaşının həlak olduğu, 1 milyon nəfərdən çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən dondurulması ilə bağlı çıxışlar edirlər. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələrdə Qarabağ ərazisindən işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxması tələb olunur) qəbul olunduğunu, eyni zamanda otuz ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədiyini yada salaraq bildiririk ki, bu münaqişəni dondurmaq əvəzinə yuxarıda qeyd edilən qətnamələrin işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz icra olunması üçün çağırış etmək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızı öz doğma torpaqlarına qayıtması üçün bəyanat vermək daha ədalətli olardı. Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığı haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq! Bununla bərabər Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağa və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq! “ AZƏRBAYCAN İDMAN İCTİMAİYYƏTİ ADINDAN 1. Azərbaycan Milli Olimpiya Komitəsi 2. Azərbaycan Milli Paralimpiya Komitəsi 3. Azərbaycan Xüsusi Olimpiya Komitəsi 4. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 5. Azərbaycan İdmançıları İctimai Birliyi 6. Azərbaycan İdman Könüllüləri İctimai Birliyi 7. Azərbaycan İdman Jurnalistləri Federasiyası 8. Azərbaycan Ağır Atletika Federasiyası 9. Azərbaycan Atçılıq Federasiyası 10. Azərbaycan Atıcılıq Federasiyası 11. Azərbaycan Atletika Federasiyası 12. Azərbaycan Badminton Federasiyası 13. Azərbaycan Basketbol Federasiyası 14. Azərbaycan Boks Federasiyası 15. Azərbaycan Cüdo Federasiyası 16. Azərbaycan Dağ Xizəyi Federasiyası 17. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 18. Azərbaycan Gimnastika Federasiyası 19. Azərbaycan Güləş Federasiyası 20. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 21. Azərbaycan Həndbol Federasiyası 22. Azərbaycan Kamandan Oxatma Federasiyası 23. Azərbaycan Məktəb İdmanları Federasiyası 24. Azərbaycan Konkisürmə Federasiyası 25 Azərbaycan Milli Avarçəkmə Federasiyası 26. Azərbaycan Milli Karate Federasiyası 27. Azərbaycan Otüstü Hokkey Federasiyası 28. Azərbaycan Qılıncoynatma Federasiyası 29. Azərbaycan Qolf Federasiyası 30. Azərbaycan Reqbi Federasiyası 31. Azərbaycan Stolüstü Tennis Federasiyası 32. Azərbaycan Taekvondo Federasiyası 33. Azərbaycan Tennis Federasiyası 34. Azərbaycan Triatlon Federasiyası 35. Azərbaycan Üzgüçülük Federasiyası 36. Azərbaycan Velosiped İdmanı Federasiyası 37. Azərbaycan Voleybol Federasiyası 38. Azərbaycan Yelkənli İdman Federasiyası 39. Azərbaycan “Vətənin Müdafiəsinə Hazıram” Çoxnövçülüyü Federasiyası 40. Azərbaycan Aşixara Kaykan Karate Federasiyası 41. Azərbaycan Avtomobil İdmanı Federasiyası 42. Azərbaycan Aykido Federasiyası 43. Azərbaycan Bilyard İdmanı Federasiyası 44. Azərbaycan Bodibildinq və Fitnes Federasiyası 45. Azərbaycan Boulinq Federasiyası 46. Azərbaycan Budo Döyüş Növləri Federasiyası 47. Azərbaycan Çerlidinq Federasiyası 48. Azərbaycan Ciu-Citsu Federasiyası 49. Azərbaycan Coriyo Kunq-Fu Federasiyası 50. Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası 51. Azərbaycan Dama Federasiyası 52.Azərbaycan Ən-ənəvi Karate-Do Federasiyası 53. Azərbaycan Gözdən Əlillərin Şahmat və Dama Federasiyası 54. Azərbaycan Hapkido Federasiyası 55. Azərbaycan İdman Rəqsləri Federasiyası 56. Azərbaycan Kapoeyra Federasiyası 57. Azərbaycan Karlar İdmanı Federasiyası 58. Azərbaycan Kikboksinq Federasiyası 59. Azərbaycan Kontakt Karate Federasiyası 60. Azərbaycan Kunq-Fu Federasiyası 61. Azərbaycan Kyokuşin Karate Federasiyası 62. Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası 63. Azərbaycan Milli İdman Növləri Assosiasiyası 64. Azərbaycan Motosiklet İdmanı Federasiyası 65. Azərbaycan Muay-Tay Tayboks Federasiyası 66. Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası 67. Azərbaycan Peyntbol Federasiyası 68. Azərbaycan Poverliftinq Federasiyası 69. Azərbaycan Qalaqapı (Qo) Federasiyası 70. Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do Federasiyası 71. Azərbaycan Qol Güləşi Federasiyası 72. Azərbaycan Şahmat Federasiyası 73. Azərbaycan Sambo Federasiyası 74. Azərbaycan Savat və Şaolin Döyüş Sənəti Federasiyası 75. Azərbaycan Stronqman Federasiyası 76. Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası 77. Azərbaycan Şərq Döyüş Növləri Assosiasiyası 78. Azərbaycan Pençak Silat Federasiyası 79. Azərbaycan Şito-Ryu Karate-Do Federasiyası 80. Azərbaycan Skayraninq Federasiyası 81. Azərbaycan Şorinciryu Kenkokan Karate-Do Kosiki Karate Federasiyası 82. Azərbaycan Şotokan Karate-Do Federasiyası 83. Azərbaycan Sumo Federasiyası 84. Azərbaycan Turan-Do Federasiyası 85. Azərbaycan Universal Döyüş Federasiyası 86. Azərbaycan Uşu Federasiyası 87. Azərbaycan VKC növləri üzrə Karate Federasiyası 88. Azərbaycan Vinq Çun döyüş sənəti Federasiyası 89. Azərbaycan Peşəkar Boks Federasiyası 90. Azərbaycan MMA Federasiyası Azərbaycan, Bakı şəhəri 6 oktyabr 2020-ci il |
|
Xəbər 461 dəfə oxundu. |
|
|