Boks üzrə dünya birinciliyi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək | |
AİBA İcraiyyə Komitəsinin Tailandda keçirilən toplantısında boks üzrə növbəti dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin adlarına aydınlıq gəlib. İdman.com.az saytının məlumatına görə, 2013-cü ildə boks üzrə yeniyetmələr arasında dünya birinciliyi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Bu Ukrayna Boks Federasiyasının AİBA bayrağı altında keçirəcəyi ilk dünya çempionatı olacaq. 2014-cü ildə gənclər arasında dünya birinciliyi isə Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq. Qeyd edək ki, bu il Sofiyada yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Kanada isə 2014-cü ildə qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcək. Yarışı qəbul edəcək şəhər Monreal, Vankuver, Kalqari, Toronto və yaxud Kvebekdən biri olacaq. Apasport.az |
|
Xəbər 1052 dəfə oxundu. |
|
|