BOK-un İcraiyyə Komitəsi 2021-ci ildə Tokio Olimpiadasının baş tutacağına əmindir
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi növbəti Yay Olimpiya Oyunlarının 2021-ci ildə Tokioda keçiriləcəyinə əmindir.

Bu barədə jurnalistlərə açıqlamasında BOK-un rəhbəri Tomas Bax deyib.

Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək keçirilməli idi, ancaq pandemiya səbəbindən yarış gələn il iyulun 23-dən avqustun 8-dək təxirə salınıb.

Xəbər 434 dəfə oxundu.