Budapeştdə keçiriləcək “Böyük dəbilqə” turnirində 17 cüdoçumuz mübarizə aparacaq
Oktyabrın 23-25-də Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan “Böyük dəbilqə” turnirində Azərbaycan komandası da mübarizə aparacaq.

Nüfuzlu yarışda ölkəmizi 17 cüdoçu (14 kişi, 3 qadın) təmsil edəcək.

Qeyd edək ki, yarışda idmançılar “Tokio-2020” Olimpiadasına reytinq xalları da qazanacaqlar. Yarışda 80 ölkədən 624 cüdoçu iştirak edəcək.

Xəbər 436 dəfə oxundu.