Braziliyalılar Rio-de-Janeyroda trasın tikintisinin əleyhinədirlər
Sentyabrda Formula 1-in icraçı direktoru Çeyz Keri və Rio-de-Janeyronun qubernatoru Klaudio Kastro Braziliya Qran-Prisini İnterlaqosdan yeni trasa köçürmək barədə razılığa gəliblər.

Formula 1-ə ildə 65 milyon dollara qədər vəsait qazandıra biləcək müqavilənin müəyyən maliyyə təfərrüatları da mətbuata sızdırılıb. Lakin Rioda hələ ki, başqa bir tras yoxdur.

Yeni trasın tikintisinin Floresta do Camboata qəsəbəsində aparılması nəzərdə tutulur ki, bunun üçün geniş miqyasda meşələrin qırılması tələb olunacaq. Yerli sakinlər və ətraf mühitin müdafiəçiləri buna etiraz edərək meşənin qorunub saxlanılması üçün 28 milyondan çox imza toplayan petisiya hazırlayıblar.

Xəbər 425 dəfə oxundu.