“Qarabağ”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib
UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ” klubunun rəqibi olan İsrailin “Makkabi” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Təl-Əviv təmsilçisi Cənubi Afrika Respublikasının “Bidvest Uits” klubundan Rouen Hümanı heyətinə qatıb. On doqquz yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Qarabağ” klubu “Makkabi” ilə oktyabrın 22-də səfərdə, dekabrın 3-də isə evdə qarşılaşacaq.

Xəbər 438 dəfə oxundu.