“Alfa Romeo” Mik Şumaxerlə növbəti mövsüm üçün müqaviləsini elan edə bilər
Formula 1 üzrə dünya çempionatında çıxış edən “Alfa Romeo” komandası oktyabrın 9-da Mik Şumaxerlə növbəti mövsüm üçün müqaviləsini elan edə bilər.

“Alfa Romeo” 2021-ci il mövsümü üçün Kimi Raykkonen və Mik Şumaxer ilə müqavilə imzalayacaq. Hər iki müqavilə bir il müddətinə bağlanacaq. Bu məlumatlar İspaniya və İsveçrənin bir sıra nəşrləri tərəfindən yayımlansa da, hələ ki, iri KİV-lər və daxili qurumlar bu məlumatı təsdiqləməyib.

Xatırladaq ki, “Alfa Romeo”nun rəhbəri Frederik Vassyör əvvəllər komandanın tərkibi ilə bağlı qərar verməyə tələsmədiyini söyləmişdi.

Xəbər 463 dəfə oxundu.