Olimpiya çempionlarımız qazandıqları qələbələri döyüş meydanında da təkrarlamağa hazırdırlar
Cüdo üzrə Olimpiya çempionlarımız - Nazim Hüseynov və Elnur Məmmədli Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

“Qarabağ Azərbaycandır” şüarını səsləndirən idmançılarımız qazandıqları qələbələri döyüş meydanında da təkrarlamağa hazır olduqlarını bildiriblər. Onlar bütün dünyaya səslənərək şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edəcəyini vurğulayıblar.

Qeyd edək ki, Nazim Hüseynov 1992-ci ildə Barselonada, Elnur Məmmədli isə 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında çempion olublar.

Xəbər 466 dəfə oxundu.