“Mercedes” Formula 1-dən getməyi planlaşdırmır
“Honda” rəhbərliyinin 2021-ci il mövsümünün sonunda Formula 1-dən getməsi barədə qərarı çoxlarını məyus etdiyi zaman “Mercedes” idmana sadiq olduğunu təsdiqləyib.

İnvestorlar üçün keçirilən konfransda “Daimler AG”nin sədri və “Mercedes-Benz Cars” şirkətinin rəhbəri Ola Kallenius yeni korporativ strategiyadan və AMG-nin idman markası kimi tanıdılmasından danışıb.

“Project One” hiperkarında Formula 1 elektrik stansiyası quraşdırıldığını bildirən qurum rəsmisi AMG markasını tanıtmaq üçün Formula 1-dən istifadə etmək istədiklərini vurğulayıb.

O qeyd edib ki, gələcəkdə Formula 1-də inkişaf etdirilən texnologiyalardan səmərəli hibrid mühərriklər yaratmaq üçün istifadə ediləcək.

Xəbər 419 dəfə oxundu.